“Yadplanetlilərə qarşı diqqətli olun” – Polisdən xalqa qəribə xəbərdarlıq


17:18     23 May 2019 19_05_23_1558617567.jpg

Avstraliya polisi keçən gün Mount Qambyer şəhəri yaxınlığına düşən bir meteoritin videogörüntüsünü yayımlayaraq, xalqa yadplanetlilərə qarşı diqqətli olması barədə yumorlu xəbərdarlıq edib.

Femida.az xəbər verir ki, polis qurumu hadisənin görüntüsünü sosial şəbəkədə yayımlayıb.

“Qambyer dağındakı təhlükəsizlik kamerası dünya xaricindən gələn “alov topu”nu qeydə alıb. Bölgə əhalisini yadplanetlilərə qarşı diqqətli olması və gördükləri təqdirdə yaxınlaşmaması barədə xəbərdar edirik”, - deyə açıqlamada bildirilib.



Açar sözlər:

Oxunub: 1087


Oxşar xəbərlər