İranlı admiral: "Amerika döyüş gəmiləri nəzarətimizdədir"


18:53     23 May 2019 2019/05/1558608684_1558617879.jpg

İran İnqilab Keşikçiləri yüksək səviyyəli komandirlərindən olan admiral Əli Fadəvi Hörmüz boğazının şimalının inqilab keşikçiləri və İran Dəniz Qüvvələrinin nəzarətində olduğunu deyib.

Admiral Əli Fədəvi bu barədə "Fars" xəbər agentliyinə danışıb. Əli Fədəvi açıqlamasında "Hörmüz boğazının şimalındakı hər şey bizim nəzarətimiz altındadır", - deyib.

O, ABŞ-ın bölgəyə göndərdiyi döyüş gəmiləri haqqında isə "Bölgədəki Amerika döyüş gəmiləri İran ordusunun və İran İnqilab Keşikçilərinin nəzarəti altındadır", - deyə vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 377