Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradılıb
17:40 23 May 2019
Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlı jurnalist Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradılıb.
Femida.az Report-a istinadən xəbər verir ki, komitəyə 7 nəfər daxildir. Müdafiə komitəsində Fuad Abbasovun hüquqlarını müdafiə edən vəkil Elman Paşayevlə yanaşı, vəkil Azər Rəfiyev də təmsil olunur.
Qeyd edək ki, Rusiyanın hüquq-mühafizə orqanları paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovu saxlayıb. Belə ki, Rusiyanın bir neçə azərbaycanlı icması F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də "Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması" adlı 2737/2019 nömrəli işə baxıb. Proses mayın 17-də yekunlaşıb. Mayın 18-də isə Rusiyanın hüquq-mühafizə orqanları məhkəmənin qərarı ilə F.Abbasovu saxlayıb. Hazırda jurnalistin Azərbaycana deportasiya edilməsi üçün prosedurlar həyata keçirilir.
Femida.az
Oxunub: 338
Oxşar xəbərlər
- Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim azadlığa buraxıldı
- Fuad Oktay: "İndi Qarabağ Azərbaycandır"
- Fuad Muradov azərbaycanlıları fəal olmağa çağırdı
- Fuad Əliyev “Şöhrət” ordeni ilə təltif edilib
- Fuad Qəhrəmanlı həbs edildi
- Fuad Qəhrəmanlı məhkəmədən qaçır? - Boşanma prosesi dördüncü dəfə təxirə salındı
- Fuad Qəhrəmanlı məhkəmədən niyə gizlənir?
- Fuad Muradov Cəlil Məmmədquluzadənin nəticəsi ilə görüşdü
- Fuad Qəhrəmanlı və Zümrüd Yağmurun boşanma prosesi yenə təxirə salındı
- Fuad Abbasov aparıcılığa başlayır - Bu kanalda