Qazaxıstan Prezidenti İlham Əliyevi təbrik edib
17:51 23 May 2019
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Femida.az-ın xəbərinə görə, məktubda deyilir: "Hörmətli İlham Heydər oğlu. Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və qardaş Azərbaycan xalqını Qazaxıstan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycan rəqabətqabiliyyətli, dinamik inkişaf edən dövlət kimi iqtisadi, sosial və mədəni-humanitar sahələrdə nailiyyətləri ilə dünya birliyində layiqli yer tutur. Bununla əlaqədar olaraq arzu edirəm ki, ölkəniz Sizin rəhbərliyiniz ilə daha intensiv inkişaf etsin və xoş məramlarına çatsın.
Ürəkdən inanıram ki, Qazaxıstan ilə Azərbaycan arasında mövcud olan ənənəvi dostluğa və qarşılıqlı anlaşmaya əsaslanan strateji əməkdaşlıq bundan sonra da iki ölkənin xalqlarının rifahı naminə inkişaf edəcək. Hörmətli İlham Heydər oğlu, Sizə məsul vəzifənizdə böyük uğurlar, dost Azərbaycan xalqına firavanlıq və tərəqqi arzu edirəm. Ən xoş arzularla".
Femida.az
Oxunub: 304
Oxşar xəbərlər
- Qazaxıstan Prezidentinə sui-qəsdin qarşısı alınıb
- Qazaxıstanın keçmiş müdafiə naziri saxlanılıb
- Qazaxıstan parlamenti Nazarbayevin Təhlükəsizlik Şurasına ömürlük sədrliyini ləğv edib
- Qazaxıstanın yeni Baş naziri yeni hökumətin vəzifəsini açıqlayıb
- Qazaxıstanın Azərbaycandakı səfirliyində bayraq endirilib
- Qazaxıstanda yanvarın 10-u matəm elan olunub
- Qazaxıstan Prezidenti silahlılara xəbərdarlıq edilmədən atəş açılmasına dair əmr verib
- Qazaxıstan Sərhəd Xidmət Akademiyasının rəisi etiraz aksiyası zamanı öldürülüb
- Qazaxıstanda telekanal əməkdaşı iğtişaşlar zamanı həlak olub
- Qazaxıstanda iğtişaşlarda həlak olan təhlükəsizlik əməkdaşlarının sayı 18-ə çatıb