Azərbaycanlı UAZ-a baş direktor təyin edilib


21:14     23 May 2019 2019/05/172F5BD7-3088-4607-9029-DF3CFA74171B_1558631781.jpeg

Azərbaycanlı Adil Şirinov Ulyanovsk avtomobil zavodunun (UAZ) baş direktoru təyin edilib.

Femida.az xəbər verir ki, bu barədə zavodun yaydığı məlumatda bildirilib.

Qeyd edək ki, A.Şirinov həm də “Ford Sollers” birgə müəssisəsinin prezidentidir. O, 1964-cü ildə Bakıda doğulub, Nijni Novqorod Xarici Dillər İnstitutunu və Sankt-Peterburq Beynəlxalq Menecment İnstitutunu bitirib.

Rusiyada avtomobil istehsalı sahəsində qabaqcıl mütəxəssislərindən sayılan A.Şirinov “Ford Sollers” birgə müəssisəsində bir sıra mühüm layihələrə rəhbərlik edib.

UAZ Rusiyanın “Sollers” konserninə daxildir. Hazırda zavod “Hanter”, “Patriot”, “Pikap” markalı avtomobillərin, eləcə də güc strukturları üçün nəqliyyat vasitələrinin istehsalını həyata keçirir.

Femida.az

Açar sözlər:

Oxunub: 378