“Himnimizi bir yerdə oxuyaq!” - Bulvarda fləşmob keçiriləcək

“Himnimizi bir yerdə oxuyaq!” - Bulvarda fləşmob keçiriləcək


21:43     23 May 2019 trend_bulvar_yeni_260515_16.jpg


Dənizkənarı Bulvar İdarəsi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının növbəti ildönümü münasibətilə "Himnimizi birgə oxuyaq!" adlı fləşmob təşkil edəcək. Fləşmob azərbaycançılıq ideologiyasının rəmzi olan dövlət himnimizin əhəmiyyətinə diqqət çəkmək məqsədilə keçiriləcək.

Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, layihə çərçivəsində vətəndaşların, xüsusilə gənclərin iştirakı ilə Azərbaycan Respublikasının dövlət himni Bulvar ərazisində canlı ifa olunacaq. Dənizkənarı Bulvar İdarəsinin həyata keçirdiyi layihələr içərisində azadlığımızın, suverenliyimizin simvolu olan dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin təbliğ olunması, vətəndaşlara, xüsusilə gənc nəslə Azərbaycan bayrağına, gerbinə və himninə hörmət hissinin aşılanması, cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi mövzusunda tədbirlər mühüm yer tutur.

Qeyd edək ki, fləşmob mayın 28-də, saat 16.00-da Dənizkənarı Milli Parkda, Azneft Meydanı ərazisində təşkil olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 215