Bu gündən Bakıda Avropa çempionatı başlayır
09:00 24 May 2019
Bu gün Bakıda ilk dəfə aerobika gimnastikası üzrə Avropa çempionatı start götürəcək.
Femida.az-ın məlumatına görə, Milli Gimnastika Arenasında baş tutacaq yarışda 22 ölkənin ən güclü aerobika ustaları 3 gün ərzində öz güclərini sınayacaqlar.
400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aerodans, aerostep (yalnız böyüklər) proqramında yarışacaqlar.
Ölkəmizi çempionatda böyüklər arasında Elçin Məmmədov, Mədinə Mustafayeva, Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, İmran İmranov, Nigar İbrahimbəyli, Akif Kərimli, gənclərin yarışında isə Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova təmsil edəcəklər.
Yarışda meydançaya öncə gənc gimnastlar çıxacaqlar. Növbəti gün qitə çempionluğu uğrunda mübarizəyə böyük aerobika gimnastları qatılacaq. Yarışların son günü – mayın 26-da isə final mərhələlərində Avropa çempionlarının adları bilinəcək.
Qeyd edək ki, birincilik saat 12:00-da başlayacaq. Çempionatın açılış mərasimi isə saat 16:00-da olacaq.
Femida.az
Oxunub: 425
Oxşar xəbərlər
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Bu gün Azərbaycanda Anım Günüdür
- Bu sayda erməni meyiti Azərbaycandadır
- Bu ərazilər Ordumuzun nəzarətinə keçdi - RƏSMİ
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Bu gün II qrupa qəbul imtahanı keçiriləcək
- Bu gün III qrupa qəbul imtahanı keçirilir