Süd satan qadını mikroavtobus vurub öldürdü
09:09 24 May 2019

Mingəçevir şəhərində mikroavtobus yolu keçən süd satan piyadanı vuraraq öldürüb
Femida.az ONA-ya istinadən verdiyi məlumata görə, hadisə səhər tezdən şəhərin Təbriz küçəsində baş verib.
Belə ki, 4 saylı marşurut üzrə hərəkət edən sprinter mikroavtobus kimliyi hələlik məlum olmayan, təqribən 55-60 yaşlı qadını vuraraq ağır xəsarət yetirib. Hadisə piyada yolu keçmək istəyərkən baş verib. Onun süd satan olduğu deyilir. Qəza nəticəsində qadının satmaq üçün götürdüyü süd və qatıq məhsulları yola dağılıb.
Ətrafındakıların köməyi ilə xəstəxanaya qaldırılan yaralı qadın ora çatanadək yolda keçinib. Ölən piyadanın kimliyi məlum deyil və hazırda dəqiqləşdirilir.
Qeyd edək ki, qəza zamanı mikroavtobusda sərnişin olmayıb. Sürücü səhər tezdən işlədiyi marşurut xəttə üzrə yola çıxırmış. Hadisə də məhz bu zaman baş verib.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 185
Oxşar xəbərlər
- 10 və 200 manatlıq pulları ödəmə terminalları niyə götürmür?
- Astarada evdə yanğın baş verib, 57 yaşlı kişi ölüb
- Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub
- Bərdədə 3 yaşlı uşaq dəm qazından boğularaq ölüb
- İsmayıllıda ağır yol qəzası olub
- Əsgər İqor Rıskin: “Vətəni qoruyanların sırasında olmağımla qürurlanıram”
- Azərbaycan BMT-yə növbəti dəfə müraciət etdi - Ermənistanla bağlı
- "Həzi Aslanov" metrostansiyası bağlanır? - RƏSMİ cavab
- Yevda Abramovla vida mərasimi keçirilir
- İcra nümayəndəsi qəza törətdi - Ölən və yaralı var