38 yaşlı kişi boğazından bıçaqlandı

38 yaşlı kişi boğazından bıçaqlandı


09:13     24 May 2019 bicaq_elbeyaxa_00.jpg



Bakıda 38 yaşlı kişinin boğazına bir neçə bıçaq zərbəsi vurulub.

Femida.az-ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa-Buzovna yolunda baş verib.

1981-ci il təvəllüdlü Məmmədov İntiqam İnqilab oğlu yaşadığı evin yaxınlığında tanımadığı şəxslə mübahisə edib. Nəticədə, o, boynundan bıçaqlanıb.

Boyun nahiyəsindən bir neçə bıçaq zərbəsi alan yaralı dərhal 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan İ.Məmmədov reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 173