Bir neçə mikrorayon bu gün susuz qalacaq


09:48     24 May 2019 2018/02/su-olmayacaq-111_1518077258.jpg

Bakıda bir neçə mikrorayona suyun verilişində məhdudiyyətlər olacaq.


"Azərsu" ASC-dən Femida.az-a verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu Asif Məhərrəmov küçəsində yeni çəkilmiş su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar bu gün 1-5-ci mikrorayonların bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Femida.az

Açar sözlər:

Oxunub: 309