Şəhid ailələri və Qarabağ əlillərinə ev veriləcək - Son tamamlama işləri aparılır
11:24 24 May 2019
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında şəhid ailələrinin və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı ildən-ilə gücləndirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Femida.az-a verilən məlumata görə, bu proqram çərçivəsində Bakının Nizami rayonunda, B.Çobanzadə küçəsində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün nazirlik tərəfindən inşa etdirilən 96 mənzilli yaşayış binasında da artıq son tamamlama işləri aparılır.
Yaşayış binasında sakinlərin rahat yaşayışı, asudə vaxtlarının təşkili, həmçinin əlilliyi olan sakinlərin maneəsiz hərəkət imkanlarına malik olmaları üçün müasir tələblərə uyğun şərait yaradılır. Burada nasosxana binası da inşa edilib, qazanxananın tikintisi, su, kanalizasiya, qaz, elektrik, rabitə təchizatı işləri başa çatmaqdadır. Binanın həyətində abadlıq və yaşıllaşdırma işləri də nəzərdə tutulub. 3 bloklu,12 mərtəbəli binadakı mənzillərin 36-sı 1 otaqlı, 48-i 2 otaqlı, 12-si 3 otaqlıdır.
Dövlət başçısının bu sahəyə xüsusi qayğısı nəticəsində ötən il şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil, bu günədək isə 6654 mənzil təqdim edilib.
2019-cu ildə isə bu kateqoriyalara aid vətəndaşlara azı 800 mənzilin verilməsi nəzərdə tutulub.
Femida.az
Oxunub: 378
Oxşar xəbərlər
- Şəhid və qazi övladlarına psixoloji dəstəklə bağlı tədbir keçirilib
- Şəhid və şəhid ailəsi üzvləri kimlərdir? - Hüquqi yardım
- Şəhid anaları Ordumuz üçün dua etdi – VİDEO
- Şəhid Pəncəli Teymurovun atası vəfat etdi
- Şəhidin 5 yaşlı övladı faciəvi şəkildə vəfat etdi
- Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə komissiyanın tərkibində dəyişiklik edilib
- Şəhid qızı məktəb direktoru təyin olunub
- Şəhid hərbi qulluqçumuzla vida mərasimi keçirilir
- Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri- FOTOLAR+VİDEO
- Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil verilib