Bələdiyyə sədri bıçaqlanaraq öldürüldü - Türkiyədə


11:37     24 May 2019 19_05_24_1558683594.jpg


Türkiyədə bələdiyyə sədri öldürülüb.


Femida.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Konya əyalətinin Doğanhisar şəhər bələdiyyəsinin sədri İhsan Öztoklu döş qəfəsindən bıçaqlanaraq qətlə yetirilib.

Bu barədə Milliyyətçi Hərəkat Partiyasının (MHP) Konya əyalət təşkilatının sədri Murat Çiçek bildirib.

İ.Öztokluya Konya şəhərində bıçaqla hücum olub. Hüquq-mühafizə orqanları hadisəyə görə 3 şübhəli şəxsi saxlayıb. Faktla bağlı istintaq davam edir.

Hadisədə keçmiş bələdiyyə sədri, martın 31-də İYİ Partiyanın namizədi olmuş Abdullah Koçun da adı hallanır. O, seçkilərdə 40,4 faiz səs toplayaraq uduzub.

Qeyd edək ki, İ.Öztoklu evli və iki övlad atasıdır. O, bu il martın 31-də keçirilən bələdiyyə seçkilərində MHP-dən “Cumhur İttifakı”ının namizədi olaraq iştirak edib və 52,46 faiz səs toplayaraq qalib gəlib. İ.Öztoklub bu gün Doğanhisarda dəfn ediləcək.

Femida.az

Açar sözlər: #Türkiyə   #bələdiyyə  

Oxunub: 427