Bakıda binanın zirzəmisində meyit tapılıb


12:18     24 May 2019 19_05_24_1558685978.jpg

Paytaxın Nəsimi rayonunda meyit tapılıb.


Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər ikimərtəbəli yaşayış binasının zirzəmisində köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri zirzəminin qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) aidiyyəti üzrə təhvil veriblər.

Açar sözlər:

Oxunub: 344