Neftçalada 3 tona yaxın çətənə kolu məhv edilib


12:55     24 May 2019 19_05_24_1558688171.jpg

Neftçala rayonunda yabanı halda bitən çətənə kolları aşkar edilərək məhv edilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında 1-ci Mayak kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yabanı halda bitmiş çəkisi 2,9 ton olan 1642 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Açar sözlər:

Oxunub: 465