Nazirlik Neftçaladakı qəza ilə bağlı məlumat yaydı


13:51     24 May 2019 din-den%20seyyar%20xidmet.jpg

Daxili İşlər Nazirliyi Neftçala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən xəbərə, mayın 23-də saat 5 radələrində Neftçala rayonunun Qaçaqkənd kəndi ərazisində Yardımlı rayon sakini Səlim Mirzəyev idarə etdiyi “Ford Transit” markalı mikroavtobusu qarşıda gedən Lənkəran rayon sakini, S.Ağayevin idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub.

Nəticədə mikroavtobusun sürücüsü və 3 sərnişini hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır. Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 368