Yaralı itə narkoz verdilər: Nəticəsi insanlar üçün acı oldu (VİDEO)


13:54     24 May 2019 19_05_24_1558691785.jpg

Türkiyənin Maltepe rayonunda dəhşətli hadisə baş verib.


Femida.az yerli mənbələrə istinadən xəbər verir ki, baytar xəsarət alan itin təcili əməliyyat edilməsinə qərar verib. İt narkozdan tam ayılmadan sahiblərinə təhvil verilib.

Dəhşətlisi budur ki, narkozun təsiri keçəndən sonra ağrılar hiss edən it, sahiblərinə hücum edib. İt, anaya və onun qızına avtomobildə xəsarət yetirib. Sürücü dərhal nəqliyyat vasitəsini saxlayaraq, iti avtomobildən çıxarıb.

Ətrafdakı kütlənin müdaxiləsindən daha da qəzəblənən it piyadalara da hücum edib. Ümumilikdə 3 nəfər xəsarət alıb. Onlardan biri xəstəxanaya yerləşdirilib.



Açar sözlər:

Oxunub: 1550