Maşından 34 min siqaret çıxdı
15:32 24 May 2019
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21011" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.
Komitədən Femida.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.
Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacağının iç hissəsində gizlədilmiş 7680 ədəd "King" markalı siqaret aşkar edilib.
Bundan başqa, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "QAZ-32213" markalı avtomobildə saxlanılıb. Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlaması zamanı avtomobilin salonundan - dam örtüyünün altından 26000 ədəd "King" və 1000 ədəd "Parliament Silver Blue" markalı siqaretlər aşkarlanıb. Bu faktlarla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 403
Oxşar xəbərlər
- Maşından külli miqdarda pul oğurlandı
- Maşından 2 kq-dan artıq heroin götürüldü
- Maşından meyit tapıldı
- Maşından 3 qadın və 1 kişinin meyiti belə çıxarıldı (18+VİDEO)
- Maşından bank kartı oğurlayıb pul çıxardı
- Maşından 2000 manatlıq oğurluq olub
- Maşından oğurluq edən şəxslər tutulub
- Maşından “TT” markalı tapança çıxdı
- Maşından 14 min manat oğurlanıb
- Maşından yarım kilo heroin çıxdı