Birinci vitse-spiker: "Həmsədrlərin regiona səfərləri turist səfəri olmalı deyil"
15:34 24 May 2019
“Bizim heç bir sahədə zəif olma haqqımız yoxdur. Ən azından bundan sonra başımıza gələcək bəlaların qarşısını almalıyıq”.
Femida.az xəbər verir ki, bu fikirləri “Azərbaycanda təhlükəsizlik sistemi. Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları” mövzusunda keçirilən “dəyirmi masa”da çıxışı zamanı Milli Məclis sədrinin I müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Onun sözlərinə görə, bu gün status-kvo dəyişməlidir və vəziyyət olduğu kimi qala bilməz: “Bunu dəfələrlə ATƏT-in Minsk qrupunun üzvlərinə demişik. Səfərləri turist səfəri olmalı deyil. Niyə demirlər ki, Ermənistan işğalçıdır? Axı bu qədər ikili standart ola bilməz. Azərbaycanın ərazisi dəyişə bilməz, Dağlıq Qarabağ bizim əzəli və əbədi torpağımızdır. Ermənistanda onsuz da vəziyyət nəinki bu günə qədər, heç bundan da sonra da stabil olmayacaq. Onların sifəti elədir ki, kim qapı göstərirsə gəlir”.
Femida.az
Oxunub: 369
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"