Bakıda əməliyyat: Polis qadını saxladı


15:55     24 May 2019 19_05_24_1558698957.jpg

Bakıda oğurluqda şübhəli bilinən qadın tutulub.

Femida.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 22-də rayon ərazisindəki evlərin birindən 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, N.Abbasova saxlanılıb.

Qeyd edək ki, N.Abbasova əvvəllər də məhkumluq həyatı yaşayıb.

Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 369