Bakıda zəlzələ olmayıb - AÇIQLAMA

Bakıda zəlzələ olmayıb - AÇIQLAMA


16:00     24 May 2019 zelzele3.jpg

Respublika Seysmoloji Xidmət Mərkəzi Bakıda zəlzələ olması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Mərkəzin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı Femida.az-a bildirib ki, nəinki Bakıda, hətta Azərbaycanın digər yerlərində bu gün zəlzələ qeydə alınmayıb.

“Respublika ərazisində maqnitudu 3 və ya 3 -dən yuxarı olan hər hansı təkan baş verməyib. Əgər hansısa ərazidə silkələnmə və ya titrəyişlər olubsa, tikinti işləri və ya başqa texnogen amillərlə bağlı ola bilər. Bununla belə hər birinizdən informasiya yazarkən bizimlə dəqiqləşdirməyi xahiş edirəm. Çünki ictimaiyyətimizin, insanlarımızın düzgün məlumatlandırılması bu sahəyə cavabdeh qurum kimi bizim dəyərli KİV nümayəndələri ilə sıx əməkdaşlığmız nəticəsində mümkündür”.

Femida.az

Açar sözlər:

Oxunub: 153