FHN balıqçını xilas edib


16:42     24 May 2019 baliqci.jpg

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhərinin Səbail rayonunda, dənizdə, istifadəyə yararsız estakadanın üzərində 1 nəfərin (balıqçı) köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Femida.az-a verilən məlumata görə, dərhal çağırış ünvanına cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasetmə qüvvələri vətəndaşı xilas edərək təhlükəsiz əraziyə təxliyə ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 341