Yanğını robotlar söndürəcək


18:09     24 May 2019 19_05_24_1558704015.jpg

Yaponiyada irimiqyaslı yanğınların söndürülməsi üçün yanğınsöndürən robot dəstəsi yaradılıb.


Bu robotlar yanğının daha təhlükəli hissələrində istifadə olunacaq.

Bir dəstəyə dörd kateqoriyadan ibarət robot daxildir. Robotlardan biri pilotsuz uçuş aparatıdır. Bu aparat yanğının xüsusiyyətləri barədə dəqiq məlumatları çatdırır.

Digər robotlar isə dağıntıları təmizləmək üçün ekskavator tipli aparat, eləcə də su şlanqları olan təkərli maşınlardır.

Bu cür robotlar hadisə yerinə bir yük maşını vasitəsilə çatdırıla bilər.

Femida.az

Açar sözlər: #robot  

Oxunub: 650