Leyla Əliyeva müalicə alan uşaqlarla görüşdü - FOTOLAR
17:20 24 May 2019
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda olub.
Femida.az xəbər verir ki, Leyla Əliyeva burada müalicə alan uşaqlarla görüşüb, onlarla söhbət edib. Tibbi heyətlə görüşən Leyla Əliyeva uşaqların müalicəsinin gedişi və müəssisədə yaradılmış şəraitlə tanış olub.
Qeyd edək ki, institut hazırda üç hissədən ibarətdir: klinika, Mərkəzi Qan Bankı və elm bölməsi. Klinikanın tərkibinə böyüklər üçün iki hematoloji şöbə, uşaq hematologiyası, reanimasiya və intensiv terapiya, konsultativ poliklinika, klinik-diaqnostik laboratoriya və talassemiyanın profilaktikası şöbələri daxildir.
2017-ci ildə Dövlət Proqramı çərçivəsində institutda yeni immunohistoloji müayinələrin aparılması üçün laboratoriya da yaradılıb. Burada immunohistokimyəvi müayinələrin köməyi ilə qanın bədxassəli xəstəliklərinin tam diferensial diaqnostikası, hədəf terapiyanın monitorinqi və xəstəliyin proqnozu müəyyən edilir. Artıq leykozların diaqnostikası və müalicəsi məqsədilə xəstələrin digər ölkələrə getməsinə ehtiyac qalmır.
Femida.az
Oxunub: 562
Oxşar xəbərlər
- Leyla Abdullayeva Ermənistan XİN-ə cavab verib
- Leyla Abdullayeva Ermənistan XİN-ə cavab verib
- Leyla Abdullayeva İran səfiri ilə görüşüb
- Leyla Abdullayeva Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb
- Leyla Əliyevanın iştirakı ilə abadlaşdırılan növbəti həyətin açılışı olub
- Leyla Abdullayevadan Ermənistan XİN-in bəyanatına cavab
- Leyla Əliyeva Azərbaycan xalqını təbrik etdi
- Leyla Əliyevanın şeir kitabının təqdimatı olub
- Leyla Abdullayeva Ermənistan XİN-ə cavab verdi
- Leyla Abdullayeva Ermənistan XİN-ə cavab verib