Binəqədi Rayon İcra Hakimiyyəti “Azəriqaz”ı məhkəməyə verib
17:32 24 May 2019
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin “Azəriqaz” İctimai Birliyinə qarşı təbii qazdan istifadəyə görə hesablanmış borcun silinməsi ilə bağlı iddia ərizəsinə baxılıb.
Femida.az-ın xəbərinə görə, hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, iddia ərizəsi geri qaytarılıb. Buna səbəb iddia ərizəsinə cavabdeh “Azəriqaz” tərəfindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin alınması barədə sənədin əlavə edilməməsi olub.
Qeyd edək ki, icra hakimiyyəti “Azəriqaz”a qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadəyə görə hesablanmış 20976 manat borc öhdəliyinə xitam verməklə iddia müddəti ötmüş borc kimi silinməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
Femida.az
Oxunub: 509
Oxşar xəbərlər
- Binəqədidə ağacı zədələyən şəxs cəzalandırılıb
- Binəqədidə yol qəzası olub, xəsarət alan var
- Binəqədidə avtomobil 10 yaşlı uşağı vuraraq xəsarət yetirib
- Binəqədidə 36 yaşlı kişini avtomobil vurub
- Binəqədidə gənc oğlanı avtomobil vurub
- Binəqədidə 4 nəfər dəm qazından zəhərlənib
- Binəqədidə 25 yaşlı gənc yol qəzasında ağır xəsarət alıb
- Binəqədi Rayon İcra Hakimiyyətinə yeni şöbə müdiri təyin olunub
- Binəqədidə avtomobil gənc qızı vuraraq ağır xəsarət yetirib
- Binəqədidə yolu keçən 8 yaşlı uşağı avtomobil vurub