Keçmiş MTN generalı Ali Məhkəməyə müraciət edib
18:14 24 May 2019
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyev barələrindəki məhkəmə qərarından kassasiya şikayəti verib.
Şikayət Ali Məhkəmədə hakim Fərhad Əliyevin icraatında araşdırılacaq. Məhkəmənin ilkin baxış iclası hələlik məlum deyil.
Qeyd edək ki, E.Quliyev, A.Mehdiyev və digər şəxslər 2015-ci ildə həbs ediliblər. Bakı Hərbi Məhkəməsinin hökmü ilə E.Quliyev 10 il 6 ay, A.Mehdiyev isə 8 il azadlıqdan məhrum edilib. Məhkəmə hər iki təqsirləndirilən şəxsin rütbədən məhrum edilməsi barədə ölkə Prezidentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib. Məhkəmə zərərçəkmişlərin mülki iddiasını təmin etməyib. E.Quliyevə qarşı Dövlət Təhlükəsizlik Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub. Təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib. Hökmdən narazı qalan hər iki şəxs apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini təmin etməyib, hökmü qüvvədə saxlayıb.
Xatırladaq ki, MTN ətrafında baş verən hadisələrdən sonra Nazirliyin Antiterror Mərkəzinin rəisi, general-mayor E.Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasında kafedra rəisi təyin edilib.
Femida.az
Oxunub: 434
Oxşar xəbərlər
- "MTN işi"ndə şahid: "Mövlam Şıxəliyev bizdən 135 min dollar aldı"
- Sabiq MTN generalının cinayət işinə baxan hakimin səhhətində problem yaranıb
- Sabiq MTN əməkdaşı niyə öldürüldü?- Havaya açılan atəş, narkotik, məhv olan həyatlar
- Həbsdə olan keçmiş MTN polkovnikinin ölüm səbəbi açıqlanıb
- Sabiq MTN generalının məhkəməsində keçmiş bank əməkdaşı ifadə verib
- MTN generalı özündən getdi, məhkəməyə təcili yardım çağırıldı
- MTN-in keçmiş əməkdaşı məhkəmədə ifadə verib
- MTN generalının məhkəməsinə jurnalistlər buraxılmayıb
- Bu gün daha bir keçmiş MTN generalının məhkəməsi başlayır
- MTN generalının məhkəməsində zərərçəkən: "Yaşar Aydəmirov dedi ki, pulu vermək lazımdır"