Ağdamda qadın kafedə bıçaqlanıb - FOTO (YENİLƏNİB)


17:41     24 May 2019 2019/05/145ce7e6aad2e69-(1)_1558705766.jpg


Ağdamda kafedə bıçaqlanan qadının kimliyi məlum olub.

ONA-ya istinadən xəbər verir ki, araşdırmalar nəticəsində kafedə bıçaqlanan qadının rayonun Yuxarı Yüzbaşılı kənd sakini, 1964-cü il təvəllüdlü Vəliyeva Təzəgül Sadıq qızı olduğu müəyyən edilib. Ona bıçaq xəsarətini 1969-cu il təvəllüdlü Quliyev Ayaz Kərim oğlu yetirib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

***


Ağdamda naməlum qadın bıçaqlanıb.

Hadisə rayonun Əhmədağalı kəndində yerləşən “Balıqçılıq” kafesində qeydə alınıb. Naməlum şəraitdə bıçaqlanan və adı məlum olmayan qadın Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.



Açar sözlər:

Oxunub: 596