Sürücülük etibarnaməsi ilə bağlı vacib YENİLİK
18:23 24 May 2019
Azərbaycanda avtomobillərin idarə olunması ilə bağlı etibarnamənin verilməsi xidməti elektronlaşdırılıb.
Femida.az ONA-a istinadla xəbər verir ki, bunu "Reaktiv Xidmətlərdən Proaktiv Xidmətlərə" adlı "myGov" portalının (my.gov.az) təqdimat mərasimində çıxış edən Elektron Hökumətin İnkişaf Mərkəzinin direktoru Fariz Cəfərov deyib.Onun sözlərinə görə, artıq istifadəçilər "myGov" portalında olan "Şəxsi kabinet" vasitəsilə avtomobil sahibləri istədikləri şəxsə avtomobilin etibarnaməsini verə biləcəklər.
"Xidməti istifadə etdikdə avtomobil və etibarnamənin kim tərəfindən veriləcəyi seçilir, daha sonra etibarnamə veriləcək şəxsin fərdi identifikasiya nömrəsi seçilir və "davam et" düyməsi vurulur. Qeyd edim ki, etibarnamənin müddəti birillikdir. Etibarnamə verilən şəxsin sürücülük vəsiqəsinin müddəti bir ildən az olduğu halda, etibarnamə yalnız qalan müddətə verilir", - deyə F. Cəfərov qeyd edib.
Mərkəzinin direktoru həmçinin bildirib ki, bu xidmət üzrə rüsumu hər iki tərəf ödəyə bilər və ödənişlə bağlı tərəflərin "Şəxsi kabinet"lərinə müvafiq bildirişlər göndəriləcək.
Femida.az
Oxunub: 665
Oxşar xəbərlər
- Qadın sürücü ustanı əzdi - ÜRƏYİ ZƏİF OLANLAR BAXMASIN
- Yol polisi sürücülərə çağırış edib
- DYP sürücülərə müraciət edib
- Bakıda beş nəfərin ölümünə səbəb olan 19 yaşlı sürücünün məhkəməsi başlayır
- "Baku Bus"un sürücüsü ürəyindən bıçaqlandı
- 6 nəfərin öldüyü qəza ilə bağlı ŞOK: Sürücülük vəsiqəsi olmayan sürücü görün kimdir
- Mingəçevirdə qayda pozuntuları törədən 35 sürücü cərimələnib
- Bu şəxslərin sürücülük hüququ əlindən alınacaq
- Paşinyanın avtomobil karvanının cinayət törədən sürücüsü cəzasız qalıb
- Səhiyyə Nazirliyi yuxu və qida rejimi ilə bağlı sürücülərə müraciət edib