Şabranda oğurluq edən şəxs tutulub
19:06 24 May 2019
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az -a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin may ayının əvvəlində rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birinə qanunsuz daxil olaraq oradan 2350 manat pul oğurlamaqda şübhəli bilinən rayon sakini Əhmədxan Qurbanov saxlanılıb.
Dindirilmə zamanı Ə.Qurbanov törətdiyi cinayət əməlini etiraf edib. Araşdırmalarla məlum olub ki, o, tanışı Emin Dadaşovla birlikdə həmin evə gecə vaxtı pəncərədən daxil olaraq, zərərçəkmişə məxsus pulları qanunsuz olaraq ələ keçiriblər. Sonra həmin pulları Bakıya gedərək orada xərcləyiblər.
Oxunub: 444
Oxşar xəbərlər
- Şabranda yol qəzasında 3 nəfər ölüb
- Şabranda 25 yaşlı gənc qətlə yetirilib
- Şabranda narkotik əməliyyatı: 2 nəfər həbs edilib
- Şabranda narkotacir saxlanılıb
- Şabranda 16 yaşlı gənc itkin düşüb
- Şabranda oğul anasını döyə-döyə öldürüb
- Şabranda TIR 3 avtomobillə toqquşub, ölən və xəsarət alanlar var
- Şabranda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
- Şabranda 39 yaşlı qadın dəm qazından zəhərlənib
- Şabranda iki bacı dəm qazından zəhərləniblər