Madafiə Nazirliyindən təcili AÇIQLAMA:"Azərbaycan ordusunun Naxçıvan istiqamətində..."
19:32 24 May 2019
Ermənistan silahlı qüvvələri 5-ci korpusunun komandanı, polkovnik Andranik Piloyanın dövlət sərhədinin Naxçıvan sahəsindəki vəziyyətə dair səsləndirdiyi fikirlərə Azərbaycanın Müdafiə Nazirliyi münasibət bildirib.
Nazirlikdən Femida.az -a verilən məlumata görə, Naxçıvan istiqamətində mövcud olan vəziyyət barədə erməni polkovniki Andranik Piloyanın səsləndirdiyi fikirlər xəyal etdiyini həqiqət kimi qələmə verməkdən başqa bir şey deyil. Hər dəfə Azərbaycan tərəfi genişmiqyaslı hərbi təlimlər keçirərkən erməni ictimaiyyətində yaranan təşvişi görən Ermənistan hərbi rəhbərliyi bu cür dezinformasiya xarakterli məlumatları mətbuata sızdırır.
Nazirlik bildirir ki, düşmən döyüş meydanında məruz qaldığı uğursuzluğu KİV nümayəndələrinə absurd bəyanatlar verməklə ört-basdır etməyə çalışır və beləliklə də özlərini Azərbaycan xalqının qarşısında gülünc vəziyyətdə qoyurlar.
"O ki, qaldı Azərbaycan ordusunun Naxçıvan istiqamətində keçən il qurduğu mövqeləri guya təminat səbəbindən tərk etməsi barədə söylənilən absurd fikirlərə bu da tam yalandır. Ermənistan tərəfindən fərqli olaraq, hazırda Azərbaycan əsgərinin yerləşdiyi yüksəkliklərdə elə bir post və döyüş mövqeyi yoxdur ki, ora hərtərəfli təmin olunmasın. Həmin mövqelər kommunikasiya xətləri və mövsümə uyğun olaraq bütün təminat növləri ilə təchiz edilib”, - deyə məlumatda qeyd edilib.
Oxunub: 640
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"