Sərhəd danışıqları Tbilisidə davam etdiriləcək
20:33 24 May 2019
23-24 may 2019-cu il tarixlərində Bakıda Azərbaycan Respublikası ilə Gürcüstan arasında Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Komissiyaların 12-ci iclası keçirilib.
Xarici İşlər Nazirliyindən Femida.az -a verilən məlumata görə, Azərbaycan Respublikasının nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhədlər və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov başçılıq edib, Gürcüstan tərəfindən nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini, Gürcüstan Hökumətinin sərhədlər məsələləri üzrə xüsusi nümayəndəsi Laşa Darsaliya başçılıq edib.
Görüşdə həmçinin, ekspertlər və hər iki ölkənin müvafiq dövlət orqanlarının təmsilçiləri iştirak ediblər.
Dövlət sərhədi xəttinin keçməsi məsələləri nəzərdən keçirilib və bütün razılaşdırılmamış qalan hissələrin detallı müzakirəsi aparılıb.
İclasın nəticələrinə dair tərəflər razılaşdırılmamış qalan hissələrə yerində ekspertlər səviyyəsində birgə baxışın keçirilməsini qərara alıblar.
Eləcə də, tərəflər dövlət sərhədi xəttinin müəyyən olunması ilə əlaqədar müvafiq normativ-hüquqi sənədlərin və kartoqrafik materialların tədqiq edilməsi və dəyərləndirilməsi haqqında razılığa gəliblər.
Tərəflər Komissiyaların növbəti iclasının Tbilisi şəhərində keçirilməsini razılaşdırıblar. Tarix diplomatik kanallar üzrə razılaşdırılacaqdır.
Oxunub: 348
Oxşar xəbərlər
- Sərhədin Laçın və Kəlbəcər istiqamətlərində Ermənistanın xeyli canlı qüvvəsi və hərbi hissələri məhv edilib
- Sərhəddə insident olub, bir nəfər zərərsizləşdirilib, bir nəfər axtarılır
- Sərhədə cəmləşdirilmiş qoşunların yeni peyk fotoları yayıldı
- Sərhədə yenə tanklar, artilleriya qurğuları və “Buk-M1” kompleksləri cəmləşdirilir
- Sərhədçilərə orden və medallar verildi - FOTOLAR
- Sərhəddə xidmət aparan gömrük əməkdaşlarına xarici dil təlimləri keçirilib
- Sərhəddəki atışmada Qırğızıstanın 33 vətəndaşı ölüb
- Sərhəd pozucusu 4 kiloqram narkotiklə tutuldu
- Sərhəd aviasiyasının AN-2 təyyarələri düşmənə ciddi zərbələr vurub
- Sərhədçilər narkotik qaçaqmalçılığının qarşısı aldı