Meymun bulvarda insanlara hücum etdi - Ölən və xəsarət alanlar var


20:43     24 May 2019 19_05_24_1558714282.jpg

Hindistanın Badnavar şəhərində 9 gün ərzində vəhşi meymun insanlara hücum edib.

Femida.az xəbər verir ki, hücumlar şəhər bulvarının mərkəzi hissəsində qeydə alınıb.

Hücum nəticəsində meymunun dişlədiyi 60 yaşlı kişi ölüb, daha 9 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisədən sonra şəhərdə meriyaya qarşı etiraz aksiyası başlayıb. İnsanlar şəhər merindən təhlükəsizliyə cavabdeh olmağı tələb ediblər.


Polis meymunun neytrallaşdıraraq heyvanlar üçün sığınacağa yerləşdirilməsinə nail olub.

Açar sözlər:

Oxunub: 1175