Saakaşvili Ukraynaya qayıdır


09:42     25 May 2019 saakasvili9.jpg

Gürcüstanın keçmiş prezidenti və Odessanın eks-qubernatoru Mixail Saakaşvilinin Ukraynaya qayıdacağı vaxt məlum olub.

Femida.az xəbər verir ki, bu barədə Ukrayna “UNN” nəşri mənbəsinə istinadən məlumat yayıb. Siyasətçinin mayın 29-da Ukraynaya dönəcəyi qeyd edilir.

Saakaşvili qayıtmaq barədə niyyətini Ukraynada prezident seçkiləri baş tutduqdan sonra bəyan edib. Dövlət Sərhəd Xidməti öz növbəsində bəyan edib ki, Saakaşvilinin girişi üçün qanuni əsas yoxdur.

Qeyd edək ki, Gürcüstanı 2013-cü ildə tərk edən siyasətçiyə vətənində bir neçə cinayət işi açılıb. Bəzi cinayətlərə görə ona artıq qiyabi həbs verilib.

2015-ci ildə, Petro Poroşenkonun prezident olduğu dönəmdə Saakaşviliyə Ukrayna vətəndaşlığı verilib və Odessa qubernatoru təyin edilib.

2016-cı ildə Poroşenko regionun iqtisadi göstəricilərini pisləşdirməkdə günahlandıraraq Saakaşvilini işdən çıxarıb.

O, 2017-də Ukrayna vətəndaşlığından məhrum edilib. Sərhəd xidməti 2021-ci ilə kimi siyasətçinin ölkəyə girişinə qadağa qoyub.

Femida.az

Açar sözlər: #Saakaşvili  

Oxunub: 494