Heydər Əliyev Fondu Ağsuda iftar süfrəsi açıb


10:26     25 May 2019 19_05_25_1558765590.jpg

Heydər Əliyev Fondu mayın 24-də Ağsu rayonunda iftar süfrəsi açıb.

Femida.az xəbər verir ki, Ağsuda açılan iftar süfrəsində 400-ə yaxın rayon sakini iştirak edib.

İftar süfrəsi ətrafında on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb.

Ölkəmizə əmin-amanlıq və sülh arzulanıb, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunub.

Açar sözlər:

Oxunub: 543