Avtomobil ustaları sexdə narkotik çəkərkən tutuldu - İsmayıllıda
10:42 25 May 2019
İsmayıllı rayonunda avtomobil ustaları emalatxanalarında heroinlə tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər - əvvəllər məhkum olunmuşlar 44 yaşlı şəhər sakini Mehman Mehdiyev və rayonun Mican kənd sakini, 47 yaşlı Xəyyam Əhmədov saxlanılıb.
Şəxsi axtarış keçirilən zaman onların üzərindən və usta olaraq işlədikləri avtomobil təmiri emalatxanalarından şprislərə doldurulmuş narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı İsmayıllı RPŞ-də araşdırma aparılır.
Oxunub: 400
Oxşar xəbərlər
- Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR - elektron sistem vasitəsi ilə... - VİDEO
- Avtomobilini 48 saatdan çox parklanma yerində saxlayanlar 20 manat cərimələnəcək
- Avtomobil Yolları Dövlət Agentliyi gücləndirilmiş iş rejiminə keçib
- Avtomobilin yük yerində istehlak üçün yararsız at əti aşkarlanıb
- Avtomobildən qaçan qadının fiziki təzyiqə məruz qalması ilə bağlı rəsmi açıqlama
- Avtomobillərlə aşkar sürət yarışına girənlər bir ayadək inzibati həbs ediləcək
- Avtomobili hərbçi və polisin üzərinə sürən şəxslər həbs edildi
- Avtomobilinin gizli saxlanc yerində narkotik daşıyan şəxs saxlanılıb
- Avtomobillərdə pərdə, jalüz və plyonka çəkilməsi qaydasını Nazirlər Kabineti müəyyənləşdirəcək
- Avtomobildə ön şüşənin yuxarısına rəngli plyonka çəkdirmək qadağan olundu - RƏSMİ