Avtomobil ustaları sexdə narkotik çəkərkən tutuldu - İsmayıllıda


10:42     25 May 2019 2019/05/2412ef7c-f509-463c-a841-7f11d19dccb1_1558766649.jpg

İsmayıllı rayonunda avtomobil ustaları emalatxanalarında heroinlə tutulub.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər - əvvəllər məhkum olunmuşlar 44 yaşlı şəhər sakini Mehman Mehdiyev və rayonun Mican kənd sakini, 47 yaşlı Xəyyam Əhmədov saxlanılıb.

Şəxsi axtarış keçirilən zaman onların üzərindən və usta olaraq işlədikləri avtomobil təmiri emalatxanalarından şprislərə doldurulmuş narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı İsmayıllı RPŞ-də araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 399