Azərbaycan boksçusu Qran-pridə finala yüksəlib


10:52     25 May 2019 19_05_25_1558767167.jpg

Çexiyada boks üzrə Usti-nad-Labem Qran-prisində yarımfinal mərhələsinin görüşləri başa çatıb.

Femida.az -ın məlumatına görə, Azərbaycan millisinin 1 üzvü finalda iştirak hüququ qazanıb.

Vaqif Şirinovun yetirmələrindən Lorenzo Sotomayor (69 kq) 1/2 finalda tailandlı Nasuk Vuttiçayla üz-üzə gəlib. Görüş Olimpiya mükafatçımızın qələbəsi ilə yekunlaşıb - 4:1 (28:29, 29:28, 30:27, 30:27, 30:27). O, həlledici görüşdə norveçli Hadi Srourla döyüşəcək.

L. Sotomayordan fərqli, Alfonso Dominqes (81 kq) finala yüksələ bilməyib. 1/2 finalda kubalı Olimpiya çempionu, dünya çempionatının dördqat qalibi Xulio Sesar La Krusla qarşılaşan boksçumuz 0:5 (27:30, 27:30, 27:30, 27:30, 27:30) hesabı ilə məğlub olaraq, bürünc medalla kifayətlənib.

Açar sözlər:

Oxunub: 638