Dağda yorulan alpinist yıxılıb öldü - VİDEO

Dağda yorulan alpinist yıxılıb öldü - VİDEO


12:44     25 May 2019 19_05_25_1558773958.jpg

Mayın 23-də Everest zirvəsinə yüksəlmək istəyən üç Hindistan vətəndaşı həlak olub.


Femida.az xəbər verir ki, Bu haqda “NBC News” məlumat verir.

27 yaşlı Nihal Baqvan dağın zirvəsinə yüksəlmək üçün növbə gözləyən zaman yorğunluqdan yıxılaraq ölüb. 49 yaşlı Kapana Das və 54 yaşlı Ancal Kukarni isə dağdan enən zaman həlak olub. Onların ölüm səbəbi hələ ki müəyyən edilməyib.

Dünyanın ən yüksək zirvəsini fəth etməyə çalışan alpinistlərdən ibarət uzun növbənin fotoşəklini Nepaldan olan keçmiş hərbçi Nirma Purya “Twitter”də paylaşıb. Onun bildirdiyinə görə, təxminən 320 nəfər əlverişsiz hava şəraiti ilə əlaqədar çıxılmaz vəziyyətdə qalıb və zirvəyə yüksəlmək üçün növbələrinin çatmasını gözləyir.


Açar sözlər:

Oxunub: 231