Növbəti üç gün üçün hava proqnozu


14:32     25 May 2019 1426079192_turistbaki.jpg

Azərbaycanda 3 gün ərzində gözlənilən hava şəraiti açıqlanıb.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, respublikanın rayonlarında mayın 26, 27 və 28-də hava şəraitinin dəyişkən olacağı gözlənilir.

May ayının 29-dək, əsasən, gecə və axşam saatlarında şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilir.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti təşkil edəcək.

Femida.az

Açar sözlər: #hava  

Oxunub: 531