BNA gücləndirilmiş iş rejiminə keçdi
15:26 25 May 2019
Mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi (BNA) mayın 20-dən gücləndirilmiş iş rejiminə keçib.
Femida.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
Onun sözlərinə görə, gücləndirilmiş iş rejimi mayın 30-na qədər davam edəcək. Bu çərçivəsində yaradılmış Kordinasiya Şurasına BNA rəhbərlik edir.
“Oyun ərəfəsində azarkeşlərin rahat və təhlükəsiz daşınmasını təmin etmək üçün 12 məntəqədə 450 avtobus fəaliyyət göstərəcək. Bakı Hava Limanına çarter reysi ilə gələn "Çelsi" və "Arsenal" azarkeşləri üçün isə 40 avtobus ayrılıb”, - deyə o, qeyd edib.
Femida.az
Oxunub: 403
Oxşar xəbərlər
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- BNA: "92 avtobusun hərəkət intervalında gecikmələr var"
- BNA: "35 müntəzəm marşrut xətti üzrə gecikmələr var"
- BNA Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib
- BNA üç marşrut avtobusunun iştirakı ilə baş verən qəza barədə məlumat yayıb
- Yol qəzası bu yollarda tıxaca səbəb oldu
- Bakının bəzi yollarında sürət həddi endirilib
- BNA Bakıda qanunsuz parkinqlərlə bağlı bir sıra qurumlara müraciət edib
- "Sərnişinlər avtobusların hərəkətini izləyə biləcək" - BNA
- "Təzə gətirilən avtobuslar xəttə buraxılmayıb” - BNA