Avtobus yaşlı qadını vurub öldürdü

Avtobus yaşlı qadını vurub öldürdü


17:23     25 May 2019 piyada5.jpg

Mingəçevirdə piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az oxu.az-a istinadən bildirir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Hidanlı Anar Ağasəf oğlu idarə etdiyi "Mercedes Benz 210 D" mikroavtobus markalı, 45-BL-199 dövlət qeydiyyat nişanlı, 4 saylı şəhərlərarası sərnişin avtobusu ilə yolun qarşı tərəfinə keçmək istəyən piyada, 1954-cü il təvəllüdlü İsmayılova Şölə Qafar qızını vurub.

Piyada dərhal Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılsa da, aldığı bədən xəsarətlərindən orada dünyasını dəyişib.

Meyit xarici və daxili müayinə üçün ekspertizaya göndərilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 152