Ləkidə kafe və mağaza yanıb
19:57 25 May 2019
Ağdaş rayonunun Ləki qəsəbəsində yanğın olub.
Femida.az FHN-ə istinadən xəbər verir ki, bir dam altında tikilən ümumi sahəsi 655 m² olan birmərtəbəli kafenin yanar konstruksiyaları 450 m² sahədə və bitişik ümumi sahəsi 120 m² olan mağazanın dam örtüyünün yanar konstruksiyaları 25 m² sahədə yanıb.
Kafenin, mağazanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Femida.az
Oxunub: 527