Güclü külək Qusar və Şəkidə fəsadlar törədib


20:22     25 May 2019 guclu%20kulekkkk%2021.jpg

Güclü külək Qusarda fəsadlar törədib.

Bu gün axşam saatlarında əsən güclü külək Qusar şəhər 2 saylı məktəbin dam örtüyünü uçurub. Külək rayonun bəzi kəndlərində yaşayış evlərinin damlarını da ziyan vurub. Ağacların yollara aşması nəticəsində bəzi istiqamətlərdə avtomobillərin hərəkəti məhdudlaşıb. Rayonun elektrik təsərrüfatına ciddi ziyan dəyib, elektrik enerjisinin verilişi dayandırılıb.

Dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.


Şəkidə isə güclü külək ağacı aşırıb.

Hadisə rayonun M.Ə.Rəsulzadə küçəsi, ev 333B ünvanında qeydə alınıb. İri gövdəli ağac hasarı və yaşayış evinin bir hissəsini dağıdıb.

Şəki rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə icra nümayəndəsi Rasim Həsənov ONA-ya bildirib ki, hadisə zamanı evdə adam olmayıb: "Hadisə nəticəsində evin qaz xəttinə, elektrik xəttinə ziyan dəyib. Hazırda Şəki şəhərində ağac aşması ilə bağlı 6-7 müraciət daxil olub, ciddi fakt olmayıb. Kəndlərdən də güclü küləyin fəsadları, ağac aşması ilə bağlı məlumatlar daxil olur".

R.Həsənov bildirib ki, hazırda "Azəriqaz" və "Azərişıq"ın nümayəndələri ərazidədirlər və hadisənin fəsadları aradan qaldırılır.

Femida.az

Açar sözlər: #Külək  

Oxunub: 447