PKK-nın Qara dəniz düşərgəsi ələ keçirildi


21:51     25 May 2019 2019/05/15588-155880616221-51-12-_1558806711.jpg

Türkiyənin təhlükəsizlik qüvvələri PKK terror təşkilatına qarşı uğurlu əməliyyat həyata keçirib.

Femida.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, əməliyyat nəticəsində PKK-nın Qara dəniz üzrə düşərgəsi ələ keçirilib.

İndiyədək terrorçular Qara dəniz üzrə terror aktlarını həmin qərargahda planlaşdırıblar. Ümumilikdə beş il ərzində 11 hərbçi, 1 mülki şəxs terror aktlarının qurbanı olub. Həmçinin antiterror əməliyyatları nəticəsində 15 terrorçu məhv edilib, 6-sı tutulub, 3 PKK üzvü isə təslim olub.

Açar sözlər:

Oxunub: 387