Abşeronda orta məktəbdə kütləvi dava


10:12     26 May 2019 1367572794_dava-dalas.jpg

Abşeronda 2 nömrəli tam orta məktəbdə dava düşüb, 9-cu sinif şagirdi xəsarət alıb.


Femida.az məlumat verir ki, ONA-nın xəbərinə görə, hadisə rayonun Xırdalan şəhərində qeydə alınıb.

9-cu sinifdə oxuyan 15 yaşlı Həmidzadə Asif Həsib oğlu sinif yoldaşları ilə əlbəyaxa dava edib. Nəticədə o, döyülərək xəsarət alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Məlum olub ki, A.Həmidzadənin burun sümüyü sınıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsi araşdırma aparır.

Açar sözlər:

Oxunub: 427