Okeanda iki gəmi toqquşub - İtkin düşənlər var


12:09     26 May 2019 19_05_26_1558858218.jpg

Sakit okeanda Yaponiyaya məxsus iki gəmi toqquşub.
Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Qəza nəticəsində gəmilərdən biri batıb.

Batan gəminin göyərtəsində olan 5 nəfər heyət üzvündən 4-ü itkin düşüb. Yalnız gəminin kapitanı xilas edilib.

İlkin məlumata əsasən, qəzaya qatı duman səbəb olub. Hazırda itkin düşən şəxslərin axtarışları davam etdirilir.

Açar sözlər:

Oxunub: 345


Oxşar xəbərlər