Dənizdə köməksiz qalan balıqçı xilas edilib

Dənizdə köməksiz qalan balıqçı xilas edilib


16:16     26 May 2019 baliqci.jpg

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda, dənizdə istifadəyə yararsız estakadanın üzərində 1 nəfərin (balıqçı) yıxılaraq xəsarət alması və orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Femida.az FHN-ə istinadən xəbər verir ki, dərhal çağırış ünvanına cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 209