Gürcü dindarlar Azərbaycana gedən yolu bağlayıblar - "Keşikçi Dağ" məsələsinə görə


18:55     26 May 2019 19_05_26_1558882676.jpg

Gürcüstanın Marneuli rayonunda bir qrup keşiş və dindar Azərbaycana gedən əsas magistral yolda aksiya keçiriblər.

Aksiya iştirakçıları “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə gedən yolu bir neçə dəqiqəlik bağlayıblar.

Nəticədə yolda avtomobillərin hərəkətində məhdudiyyət yaranıb. Marneuli və Xucabi yeparxiyasının təşkil etdiyi aksiya “David Qareci (Keşikçi Dağı Məbəd-Kompleksi – red.) Gürcüstanındır” şüarı ilə keçirilib.

İştirakçılar bildiriblər ki, aksiya xəbərdarlıq xarakteri daşıyır. Onlar Gürcüstan hökumətini məbəd kompleksi ətrafında yaranmış problemi həll etməyə çağırıblar. / Report

Femida.az

Açar sözlər: #Gürcustan  

Oxunub: 889