Motosikletlə yük maşını toqquşdu - Ölən var

Motosikletlə yük maşını toqquşdu - Ölən var


19:41     26 May 2019 1434094599_ambulans2.jpg

Günorta saatlarında Bakının Xətai rayonunun Nəsrəddin Tusi və Şıxlinski küçələrinin kəsişməsində motosikletlə "Kamaz" markalı yük maşını toqquşub.

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirovun Femida.az-a verdiyi məlumata görə, nəticədə motosikletdə olan 41 yaşlı kişi aldığı xəsarətıərdən hadisə yerində dünyasını dəyişib, 16 yaşlı oğlan isə müxtəlif dərəcəli bədən xəsarətlərilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Yaralının vəziyyəti ağırdır.

Femida.az

Açar sözlər:

Oxunub: 179


Oxşar xəbərlər