7 yaşlı uşağı it dişlədi - Şəkidə


09:16     27 May 2019 it_dislemesi_455.jpg

Şəkidə 7 yaşlı uşağı sahibsiz it dişləyib.



Mayın 26-da axşam saaat 10 radələrində rayonun İbrahim kəndinin sakini, 2012-ci il təvəllüdlü Finan Elşad oğlu Məmmədov it dişləməsi xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Bildirilib ki, 7 yaşlı F.Məmmədov yaşadığı evin yaxınlığında oynayarkən sahibsiz it ona hucum edib və sağ ayağının baldır nahiyəsindən dişləyərək xəsarət yetirib. F.Məmmədova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə üçün buraxılıb.

Femida.az

Açar sözlər: #İt   #Şəki  

Oxunub: 419