Leysan, dolu, külək... - Bu günün havası
09:19 27 May 2019
Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 18-21° isti, gündüz 23-26° isti, Bakıda gecə 19-21° isti, gündüz 23-25° isti təşkil edəcək.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 26-31° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23° isti təşkil edəcək.
Femida.az
Oxunub: 338
Oxşar xəbərlər
- Sabah rayonlara leysan yağacaq, dolu düşəcək
- Hindistanda leysan yağışlarında 17 nəfər ölüb
- Hindistanda leysan yağışları insan tələfatına səbəb olub
- Bəzi yerlərdə leysan yağıb, Talaçaydan sel keçib - FAKTİKİ HAVA
- Leysan yağışlar nəticəsində üç çayda sel olub
- Çində güclü leysan-73 ölüm
- Moskvada güclü leysan
- Bəzi yerlərə leysan yağıb - FAKTİKİ HAVA
- Sabah güclü külək əsəcək, leysan xarakterli yağış yağacaq
- Leysan yağışlar 73 nəfərin ölümünə səbəb oldu